Südlü boranılı plov

Proses: • Balqabaqlar soyulub kub doğranılır; • Uzun düyü nişastası çıxana qədər yuyulur. Qazanın altına ərinmiş kərə yağı əlavə edib düyü səpilir, üzərindən balqabaq düzülür. Bu proses balqabaq və düyü bitənə qədər təkrarlanır; • İlıq süddə ilıq su, duz və şəkər əlavə edib plovun üzərinə tökülür. Qazın üzərində orta atəşdə qaynadılır. Suyu quruyana yaxın üzərinə təkrar kərə yağı tökülüb vam odda dəmirin üzərində 1 saat dəmə qoyulur; • Duzlu balığın pulları çıxarılır, qarnı yarılır və içi təmizlənir. Yaxşı yuyulub sulanmış yağlı kağızda hər iki üzü 15 dəqiqə bişirilir. Plov süfrəyə verildikdə duzlu balıq ilə verilir.

1 saat 15 dəqiqə

Ингредиенты:

Uzun düyü

3 stəkan

Balqabaq

Zövqə uyğun

Süd

2 stəkan

Su

2 stəkan

Duz

1 yemək qaşığı

Şəkər tozu

1 yemək qaşığı

Kərə yağı

180 qr

Duzlu xəşəm balığı

1 ədəd