Toyuqlu quesadilla

Toyuq filesi kub şəklində doğranılır. Üzərinə kəklikotu, bir yemək qaşığı bitki yağı və yarım limon suyu əlavə edilərək qarışdırılır və 10-15 dəqiqə marinə edilir. Daha sonra bibərlər və pomidor kub şəklində doğranılır. Tavaya zeytun yağı, file, bibərlər və pomidor əlavə edilir və bişməyə qoyulur. Başqa bir tavanı qızdırıb içinə az miqdarda bitki yağı tökülür. Bir sac lavaşı tavaya qoyulur, bir hissəsinə rəndələnmiş holland pendiri tökülür. Sonra isə hazırladığımız toyuqlu qarışım da pendirin üstünə əlavə edilir. Ən sonda yenə pendir töküb lavaşın bir tərəfini digərinin üstünə örtüb hər iki tərəfini qızardırıq. Hazır olduqdan sonra ketçup (və ya çili sousu) ilə servis edirik. Nuş olsun!

1 saat

Tərkibi:

Toyuq filesi
2 ədəd
Qırmızı bibər tozu
Zövqə görə
Sarımsaq tozu
Zövqə görə
Kəklikotu
1 çimdik
Günəbaxan yağı
1 yemək qaşığı
Yaşıl bibər
1 ədəd
Qırmızı bibər
1 ədəd
Pomidor
1 ədəd
Lavaş
10 ədəd
Mozarella
1 paket
Çili sousu və ya ketçup
1 paket