Sezar salatı

2 yemək qaşığı tomat pastası, 2 yemək qaşığı qatıq, kəklikotu, qara istiot, qırmızı istiot və duzu qarışdırırıq. 2 toyuq filesini 4 hissəyə kəsib bu qarışımın içində yarım saat marinə edirik. Marinə olunmuş ətləri bitki yağında qızardırıq. Sousu hazırlamaq üçün 2 yumurta, 1 diş əzilmiş sarımsaq, 1 stəkan duru yağ, duz, 1 limonun suyunu əlavə edib blender ilə qarışdırırıq. 3 dilim çörəyi kub şəklində doğrayırıq. 1 diş doğranmış sarımsağı duru yağda qızartdıqdan sonra sarımsaqları yağın içindən götürürük və çörəkləri həmin yağda qızardırıb suxarı hazırlayırıq. Kahı və ya çin kələmini əlimizlə bir neçə hissəyə bölürük. Üzərinə hazırladığımız sousu əlavə edib qarışdırırıq. Sonra servis qabına qoyub üzərinə hazırladğımız toyuqları, suxarı və çeri pomidorunu əlavə edib servis edirik.

55 dəqiqə

Tərkibi:

Yumurta
2 ədəd
Zeytun yağı
125 ml
Sarımsaq
2 diş
Limon
Yarım
Tomat
2 yemək qaşığı
Qatıq
2 yemək qaşığı
Sarımsaq
2 diş
Toyuq filesi
2 ədəd
Sarıkök
Zövqə görə
Duz
Zövqə görə
İstiot
Zövqə görə
Çörək
1 stəkan
Aysberq Kahı
1 ədəd
Çeri pomidor
5-6 ədəd