İki rəngli südlü desert
Hazırlanma qaydası: Uyğun bir qazanda kərə yağı əridilir. Üzərinə un əlavə edilir və davamlı şəkildə qarışdırılaraq orta qazın orta temperaturunda 2-3 dəq qovrulur. Daha sonra süd və şəkər əlavə edilir və rəngi tündləşənə qədər eyni qayda ilə bişirilir. Ən son üzərinə vanil əlavə edilir. Kiçik qəliblərə və yaxud böyük bir qaba tökülür. Soyuyub üzəri sərtləşənə qədər kənarda gözlədilir. Qazana buz və şokolad xaricində bütün inqridientləri əlavə edək və qatılaşana qədər orta temperaturda bişirək. Qatılaşdıqda şokoladları əlavə edək və əriyənə qədər çırpaq. Şokoladlar əridikdən sonra buzları əlavə edib təkrar çırpırıq. Kakaolu qarışımı daha öncə hazırladığımız ağ qarışımın üzərinə əlavə edirik və qabda bərabər şəkildə yayırıq. Daha sonra 2-3 saat soyuducuda gözlədirik. Servis edərkən üzərinə kakao sərpişdiririk. Nuş olsun!