Dönər

2 yemək qaşığı tomat və bibər pastası, 2 yemək qaşığı qatıq, kəklik otu, qara istiot, qırmızı istiot və duzu qarışdırırıq. Həmin qarışıma blenderdən keçirtdiyimiz bir soğanın suyunu sıxırıq və 2 toyuq filesini 4 hissəyə kəsib bu qarışımın içində yarım saat marinə edirik. Sonra yağlı kağızın içinə hazırladığımız toyuğu qoyub rulet kimi bükürük. 1 gün dondurucuda saxlayırıq. Dönər əti kimi doğrayıb, bitki yağında bişənə qədər qızardırıq. Dönər lavaşının arasına istəyə görə pomidor, kahı, mayonez, ketçup və əti əlavə edib bükürük. Dönərimiz hazırdır, nuş olsun!

2 saat

Tərkibi:

File
2 ədəd
Sümüksüz toyuq budu
3 ədəd
Soğan
1 ədəd
Tomat pastası
1 çay qaşığı
Bibər pastası
1 çay qaşığı
Qatıq
2 xörək qaşığı
Zeytun yağı
2 xörək qaşığı
Kərə yağı
2 çay qaşığı
Kəklikotu
2 xörək qaşığı
Duz
1 çay qaşığı
Qara istiot
1 çay qaşığı
Kahı
30 yarpaq
Ketçup
1 paket
Mayonez
1 paket