Tarix: 20 Dekabr 2023

Xankəndinin ilk marketi “OBA” oldu!

Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsinin Xankəndi filialı xidmətə başlayıb.

Burada yaşayan əhalinin və xidmət göstərən vətəndaşların gündəlik istehlak məhsullarına olan tələbatını ödəmək üçün “OBA” bundan sonra yaxın və qənaətli qonşu konsepsiyası ilə daimi şəkildə Xankəndidə fəaliyyətdə olacaq.

Qeyd edək ki, xalq marketi kimi tanınan “OBA” ordumuzun işğaldan azad etdiyi Xankəndi, Xocalı və Əsgəranda yaşayan əhali üçün indiyədək səyyar marketlərində satış həyata keçirirdi.

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi 7000-dən çox əməkdaşı ilə əhalinin xidmətindədir.

https://apa.az/

Digər xəbərlər

“Aləmshah" düyüsü, "Hər Gün" kərə yağı və "Tamdad" toyuqları ilə “Çığırtma plov” hazırlandı

Tarix:

18 İyun 2025

Daha ətraflı

“OBA”dan “Güvən” İB-nin yardım çağırışına müsbət cavab

Tarix:

06 İyun 2025

Daha ətraflı

"Qonşum qazansın" lotereya qalibləri bəlli oldu!

Tarix:

27 May 2025

Daha ətraflı