Tarix: 13 Avqust 2021

Azərbaycanın uğurlu menecerlərindən biri olan Vüsal Şərifov kimdir?

Daimi olaraq inkişaf etməyi, müştərilərinə yaxın olmağı və yüksək keyfiyyət prinsipini hədəf tutan “OBA” marketlər şəbəkəsi bu gün də hədəflərinə çatmaq üçün uğurla irəliləyir.

Şirkətin hal-hazırda ölkə üzrə 1000-ə yaxın marketi var. 2021-ci ildə bir çox yeniliklərlə müştərilərini sevindirməkdə davam edən “OBA Market” MMC-nin İdarə Heyətinin sədri Vüsal Şərifovu yaxından tanıyaq.

Vüsal Etibar oğlu Şərifov 1979-cu il fevralın 24-də Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində anadan olub.
Orta məktəbi elə həmin şəhərdə bitirən V.Şərifov ilk ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bitirib. İkinci təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində davam etdirən Şərifov İsveçrənin Montreux Biznes məktəbində MBA Strateji İdarəetmə üzrə təhsil alıb.

Professional iş həyatına 1998-2002-ci illərdə topdan satış sektorunda mağaza müdiri olaraq başlamışdır. 2002-2004-cü illərdə Veysəloğlu Şirkətlər Qrupunda satış meneceri və Satış departamentinin direktoru, 2004-2015-ci illərdə “Ulduz” Şokolad fabrikində Kommersiya direktoru, 2008-2015-ci illərdə İdarə Heyətinin sədri, 2015-2018-ci illərdə Araz-Spar marketlərində Kommersiya direktoru və İdarə Heyətinin sədri, 2016-2018-ci illərdə isə “OBA Market” MMC-də Strateji Biznesin İnkişafı direktoru kimi rəhbər vəzifələrində çalışmıdır. 2020-ci ilin mart ayından etibarən “OBA Market” MMC-də İdarə Heyətinin sədri, 2018-ci ildən isə Veysəloğlu Şirkətlər Qrupunda Müşahidə Şurasının üzvü olaraq fəaliyyət göstərir.

İdarəçilik etdiyi müəssisələrdə yeni texnologiyaların və strukturun qurulmasına xüsusi diqqət etmişdir. Buna misal olaraq “Ulduz” Şokolad fabrikinə yeni istehsal xətlərinin qurulmasını, VG şirkətinin, Xonça Fabrikinin yaranması, “OBA” marketlərin əsasının qoyulmasını, Araz və “OBA” marketlərinin öz markalarının (PL-Private Label) ərsəyə gəlməsini, SAP ERP-in satınalma layihələrini göstərmək olar. FMCG sektorunda (alıcılıq qabiliyyəti yüksək olan məhsullar) ümumilikdə 24 illik professional iş təcrübəsinə sahibdir.

“OBA” marketlərinin İdarə Heyətinin sədri olaraq komandasına və onun motivasiyasına üstünlük verən Vüsal Şərifov səmimi, intellektual, özünə güvənən və əzmkar komandası ilə bu sektorda lider olmağa iddialıdır. Müsahibimiz, həmçinin hər zaman şirkət əməkdaşları ilə birlik formalaşdırmaq və hədəflərə köklənməyin vacibliyini vurğulayır.

Dürüst və əzmkarlıqla çalışan komandanın olması şirkətin əməkdaşlarının ən əsas motivasiyasıdır. 5 ildir fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsinin uğurlarının ardında məhz güclü komandası dayanır. Biznesdə və şirkətin gələcək inkişafında uğurlar arzulayırıq

https://azadinfo.az/xeber/19092/ugurlu-is-adamlarindan-olan.html

Digər xəbərlər

"OBA"nın 1500-cü ünvanı Naxçıvan oldu

Tarix:

02 Dekabr 2024

Daha ətraflı

Qonşuda payız fürsətləri ATV xəbərdə

Tarix:

25 Oktyabr 2024

Daha ətraflı

"OBA"da SƏTƏM Günü qeyd edilib

Tarix:

16 Oktyabr 2024

Daha ətraflı