“Qazilər” Vətən Müharibəsi İştirakçıları və Ailələrinə Sosial Dəstək İctimai Birliyi ilə birlikdə həyata keçirilən layihə çərçivəsində 50-dən çox şəhid və qazi övladı Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında “Göyçək Fatma” tamaşasını izləyib.
Tamaşa şən personajlar, əyləncəli ssenari və musiqiləri ilə uşaqlara bayram-əhval ruhiyyəsi bəxş edib.
“Qazilər” Vətən Müharibəsi İştirakçıları və Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Ceyhun Ağayev şəhid və qazi övladlarına diqqətə görə “OBA” marketlər şəbəkəsinə təşəkkür edib: “1 İyun - Uşaqların Beynəlxalq Hüquqlarının Müdafiəsi Günü münasibətilə “OBA” marketlər şəbəkəsinin təşkilatçılığı, maddi dəstəyi və “Qazilər” Vətən Müharibəsi İştirakçıları Ailələrinə Sosial Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 50-dən çox şəhid, qazi övladına Azərbaycan Dövlət Kukla Teatrında tədbir keçirildi. Tədbiri keçirdiyi, təşkilatçılıq etdiyi və şəhid, qazi övladlarını bugünkü gündə tək qoymadıqları üçün İctimai Birliyimiz adından “OBA” marketə öz minnətdarlığımızı bildiririk”.
Tamaşadan sonra uşaqlara müxtəlif hədiyyələrdən ibarət bağlamalar təqdim edilib. Həmçinin, nağıl və cizgi film personajları teatıra dəvət edilib, onlar uşaqların vaxtlarının daha da maraqlı keçməsi üçün müxtəlif əyləncələr tərtib ediblər. Tədbir zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin əziz xatirəsi yad edilib.