Başlama tarixi :

17 Oktyabr 2023

Bitmə tarixi :

17 Oktyabr 2023

“OBA”dan yeni layihə: “Təmiz məktəb”

Azərbaycanın hər bölgəsində yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsi “Təmiz məktəb” adlı yeni layihəyə start verib.

“Təmiz məktəb” layihəsinin əsas məqsədi regionlarda, ucqarlarda yerləşən internat və kənd məktəblərinə təmizlik vasitələri aparılaraq mövcud gigiyenik şəraitin daha da yaxşılaşdırılmasıdır.

Güvən Xeyriyyə İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən layihənin ilk ünvanı Göyçay rayonu olub. “OBA” marketlər şəbəkəsinin əməkdaşları və Güvən Xeyriyyə İctimai Birliyinin sədri Nigar Bayramlı Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyada qonaq olub, onlara təmizlik vasitələri çatdırıblar. Daha sonra gimnaziyada təhsil alan uşaqlarla söhbətlər aparılıb, oyunlar oynanılıb.

Bu layihədə “OBA”ya xüsusi dəstəyi “ARAZ-L” zavodu verib. Belə ki, “OBA”nın şəxsi markaları olan “Lovbe” və “Klar” məhsullarının bir çox çeşidi gimnaziyaya hədiyyə olunub. Məlumat üçün qeyd edək ki, “OBA”dan əldə etdiyiniz “Lovbe” və “Klar” məhsullarının gəlirinin bir qismi “Təmiz məktəb” layihəsi üçün sərf ediləcək.

https://apa.az/

Digər layihələr

Komanda ruhumuzu və biliklərimizi yeniləmək məqsədilə bir araya gəldik.

Komanda ruhumuzu və biliklərimizi yeniləmək məqsədilə bir araya gəldik.

Başlama tarixi:

17 Oktyabr 2024

Bitmə tarixi:

17 Oktyabr 2024

Daha ətraflı

Sumqayıtda yeni işə qəbul mərkəzimiz artıq fəaliyyətə başladı!

Xalqımıza sevgi ilə xidmət edən marketlər şəbəkəsi olaraq, işaxtaranlara qapılarımızı açmağa davam edirik

Başlama tarixi:

10 Oktyabr 2024

Bitmə tarixi:

10 Oktyabr 2024

Daha ətraflı

"Qadının gücü" layihəmizlə öz məqsədlərinə inamla addımlayan əməkdaşımız Nişanə Səfərovanı tanıyaq

"Qadının gücü" layihəmizlə öz məqsədlərinə inamla addımlayan əməkdaşımız Nişanə Səfərovanı tanıyaq

Başlama tarixi:

23 Sentyabr 2024

Bitmə tarixi:

23 Sentyabr 2024

Daha ətraflı