“OBA” marketlər şəbəkəsində 14 İyun – Ümumdünya Qan Donoru Günü münasibətilə növbəti qanvermə aksiyası keçirilib.
Sosial məsuliyyət tədbirlərinə hər zaman diqqət ayıran “OBA” marketlər şəbəkəsinin onlarla əməkdaşı aksiyada iştirak edib.
“Qan ver, həyat xilas et” şüarı altında keçirilən aksiya Mərkəzi Qan Bankının peşəkar həkim kollektivinin dəstəyi ilə baş tutub. Aksiyanın məqsədi talassemiya və hemofiliyadan, həmçinin leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaqdır.
Mütəxəssislər aksiyada iştirak edənlərə qan xəstəliklərindən əziyyət çəkənlər üçün könüllü donor olaraq qan verməyin əhəmiyyətindən, məramından danışıb və bu aksiyanın böyük xeyirxahlıq ifadəsi olduğunu bildiriblər. Qan vermək həm də, insanın öz sağlamlığı baxımından əhəmiyyətlidir.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi 6000-dən çox əməkdaşı ilə xalqa xidmət etməkdən qürur duyur!
https://azertag.az/