Başlama tarixi :

21 Mart 2024

Bitmə tarixi :

21 Mart 2024

“OBA” bu bayram da sevindirdi

“OBA” marketlər şəbəkəsi Şirvan şəhərində yaşayan sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi keçirib.

“OBA” marketlər şəbəkəsinin təşkilatçılığı ilə “Hər Obada Bayramdır” layihəsi çərçivəsində keçirilən tədbir “Güvən” Xeyriyyə İctimai Birliyi və Şirvan şəhər “Gənclər Evi”nin dəstəyi ilə baş tutub.

“Dünyanı gözəlləşdirən bizim fərqimizdir” şüarı ilə 30-dan çox balacanın iştirak etdiyi bahar şənliyində əyləncəli oyunlar, milli şou-proqramlar uşaqlara əsl bayram abu-havası yaşadıb.

Qeyd edək ki, “OBA” marketlər şəbəkəsi tərəfindən “Hər Obada Bayramdır” layihəsi çərçivəsində mütəmadi olaraq Azərbaycanın müxtəlif regionlarında yaşayan sağlamlıq məhdudiyyətli uşaqlar üçün bu tipli şənliklər təşkil edilir.

Bu dəfə isə məqsəd 21 mart tarixinin Novruz bayramı ilə yanaşı, həm də Beynəlxalq Daun Sindromu Günü olduğuna diqqət çəkmək və ictimaiyyətdə həssasiyyət yaratmaq olub.

Marketlər şəbəkəsi layihəni ilboyu xüsusi əhəmiyyətli bayramlarda davam etdirəcəyini bildirilib.

https://fed.az/

Digər layihələr

“OBA” marketlər şəbəkəsində uğurlu karyerası olan Elvi Zeynallını tanıyaq

“OBA” marketlər şəbəkəsində uğurlu karyerası olan Elvi Zeynallını tanıyaq

Başlama tarixi:

15 Noyabr 2024

Bitmə tarixi:

15 Noyabr 2024

Daha ətraflı

Veysəloğlu Şirkətlər Qrupunun yaradılmasının 30 illik yubiley tədbiri

Veysəloğlu Şirkətlər Qrupunun yaradılmasının 30 illik yubiley tədbiri

Başlama tarixi:

07 Noyabr 2024

Bitmə tarixi:

07 Noyabr 2024

Daha ətraflı

“OBA”dan qalib ruhlara ianə...

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan“OBA” marketlər şəbəkəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 8 Noyabr Zəfər Günü və "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “Qalib ruhlar üçün yaşıl toxumlar...

Başlama tarixi:

07 Noyabr 2024

Bitmə tarixi:

07 Noyabr 2024

Daha ətraflı