Başlama tarixi :

02 Avqust 2024

Bitmə tarixi :

02 Avqust 2024

Milli Kino Gününə “OBA”dan özəl yanaşma

Milli dəyərlərimizə hər zaman önəm verən “OBA” marketlər şəbəkəsi olaraq bu özəl günü diqqətdə saxlamaq, ölkəmizin film industriyasını yaşatmaq, tanıtmaq məqsədilə əməkdaşlarımıza özəl surpriz müsabiqə elan etdik.

“Aparatda yoldaş Zülümovdur“, “Oğlumu axtarırdım, dostumu tapdım”, “İsrafilllll”, “A bala, a bala, yox bir Əlibala”, “Söhbət sosiskada deyil, söhbət vnimatelniy olmaqdadır”, “Gəlin mənim süpürgəmdir, harada qoysam orada durmalıdır” və daha onlarla cümlələri günümüzdə də çox tez-tez nitqimizdə istifadə edirik. Bəli, sadalanan və sadalanmayan beynimizə həkk olunan yüzlərlə cümlələr Azərbaycan milli kinolarındandır.

2 avqust - Azərbaycan Milli Kino günü kimi qeyd edilir.

Belə ki, “Qonşularımız yarışır” müsabiqəsi çərçivəsində radio efirində təsadüfi yolla seçilən 30 “OBA” marketə zəng edərək həmin mağazaların əməkdaşları ilə əyləncəli və hədiyyəli müsabiqə həyata keçirdik.

Digər layihələr

“OBA”nın Azərbaycan Əlifbası və Ana Dili Gününə sevgisi

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

Başlama tarixi:

01 Avqust 2024

Bitmə tarixi:

01 Avqust 2024

Daha ətraflı

OBA aztəminatlı ailələrə ərzaq yardımı etdi

Xalqın yaxın qonşusu olan "OBA” marketlər şəbəkəsi Ramazan bayramı münasibətilə "Hər obada bayramdır” sosial layihəsi çərçivəsində Sumqayıtda yaşayan aztəminatlı ailələri sevindirdi.

Başlama tarixi:

08 Aprel 2024

Bitmə tarixi:

08 Aprel 2024

Daha ətraflı