Komanda ruhumuzu və biliklərimizi yeniləmək məqsədilə bir araya gəldik.
Birlik və bütünlük dəyərlərimiz arasında xüsusi yer tutur və komanda üzvlərimizin bir-birini dəstəkləyərək ortaq hədəflərə doğru irəliləməsi üçün vacibdir.
Bu prinsiplərə sadiq qalaraq, Şabran rayonunda “Satış heyəti üçün rüblük inkişaf” tədbirini həyata keçirdik. Tədbir çərçivəsində, Market şəbəkələrinin idarəedilməsi üzrə mütəxəssis cənab Trevor Masters tərəfindən “Satış idarəetməsi”, eləcə də İR Təlim və İnkişaf şöbəsinin müdiri Taleh Qasımov tərəfindən “Qayda və İstisnalar” mövzusunda təlimlər təşkil edildi. Fəaliyyətləri ilə fərqlənən bölgə müdirlərimiz isə xüsusi nominasiyalarla təltif olundu. Proqramın ikinci hissəsində komanda ruhunu gücləndirən əyləncəli oyunlar keçirildi.