Sual / Cavab
“OBA”da hansı endirimlər olacaq ?
Marketlərimizdə hər həftə həftəlik endirimlər, həftəsonu endirimləri aktivdir. “Əsl qənaət”, “Büdcə dostu, həftəsonu”, “Xüsusi endirimlər” və “Dadlı-dadlı fürsətlər” kimi kampaniyalar bütün həftə boyu davam edir.
Endirimləri harada izləmək olar ?
Marketlərimizdəki endirim və kampaniyaları “OBA MARKET" mobil tətbiqindən, saytımızdan (https://oba.az/) və sosial şəbəkələrdəki rəsmi hesablarımızdan (İnstagram, Facebook, Telegram, WhatsApp) izləyə bilərsiniz.
Sizinlə necə əlaqə saxlamaq olar ?
Bizimlə *2016 çağrı nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bundan başqa saytımızın və mobil tətbiqin çat hissəsinə, Instagram və Facebook səhifələrimizin mesaj bölümünə yaza bilərsiniz.
Vakansiya ilə bağlı necə məlumat ala bilərəm ?
Əgər hər hansı mövcud olan vakansiya ilə bağlı məlumat əldə etmək istəyirsinizsə https://job.oba.com.az/ səhifəsində daim yenilənən vakansiyalarımızla tanış ola bilərsiniz.
Məhsulların qiyməti ilə bağlı məlumatı necə əldə edə bilərəm ?
Qiymətlərlə bağlı marketimizin mobil tətbiqindən, saytımızdan (https://oba.az/), hər gün yenilənən İnstaqram və Facebook səhifələrimizdən əldə edə bilərsiniz.
Daşınmaz əmlak icarəsi ilə bağlı necə müraciət edə bilərəm?
Daşınmaz əmlak təklifi ilə bağlı *2016 çağrı nömrəsinə zəng vura bilərsiniz və ya rəsmi https://oba.az/ səhifəsində icarə formunu doldura bilərsiniz.
Əməkdaşlıqla bağlı necə müraciət edə bilərəm?
Əməkdaşlıq təklifi ilə bağlı *2016 çağrı nömrəsi ilə bizimlə əlaqə saxlaya bilərsiniz.Operatorlarımız sizə bu barədə ətrfalı yardımı göstərəcəkdir və ya rəsmi https://oba.az/ səhifəsində əməkdaşlıq formunu doldura bilərsiniz.
Məhsulu necə qaytara bilərəm?
Marketimizdən aldığınız istənilən məhsulu 14 gün ərzində geri qaytara bilərsiniz. Bunun üçün mütləq kassa çeki təqdim olunmalıdır.
“OBA” Marketlər şəbəkəsinin ofisi harada yerləşir?
Şirkətimizin baş ofisi 8 Noyabr pr. 15, Azure Business City, AZ 1025 ünvanında yerləşir.
Marketdə hansı ödəniş növlərindən istifadə edə bilərəm?
Marketlərimizdə aşağıdakı ödəmə üsullarından istifadə edə bilərsiniz: - Nağd pul – AZN ilə; - Bütün növ bank kartları: - PayPass (Mastercard) texnologiyası ilə kart istifadə edərək; - Pay Wave (Visa) texnologiyası ilə kart istifadə edərək; - NFC texnologiyası ilə ödəniş.
Əgər aldığım məhsulun keyfiyyətindən narazı qalmışamsa, nə etməliyəm?
Qarşılaşdığınız vəziyyətlə bağlı sizdən üzr istəyirik. Əgər belə bir halla qarşılaşmısınızsa, məhsul və kassa çeki ilə birlikdə aldığınız marketə yaxınlaşmağınızı xahiş edirik. Əməkdaşlarımız qarşılaşdığınız vəziyyətlə bağlı sizə köməklik göstərəcəklər. Həmçinin, şikayət və təkliflərinizi *2016 çağrı mərkəzinə bildirə bilərsiniz.
Kassa çekində və rəfdə məhsulun qiymətinin uyğun gəlmədiyini gördüm. Mən nə etməliyəm?
Qarşılaşdığınız mənfi hala görə sizdən üzr istəyirik. Əgər belə bir vəziyyət yaranıbsa xahiş edirik çek və məhsul ilə birlikdə marketə yaxınlaşasınız. Əməkdaşlarımız sizə köməklik göstərəcəklər. Ətraflı məlumatı müştəri hüquqları bölməsinə klikləyərək əldə edə bilərsiniz:
Ümumi dəyişdirilmə və ya geri qaytarma siyasətiniz hansı qaydalara və prinsiplərə əsaslanır?
Dəyişdirilmə və ya geri qaytarma barəsində ətraflı məlumat üçün saytımızın müştəri hüquqları ilə bağlı bölümünə keçid etməyiniz xahiş olunur. “OBA” üçün müştərilərin mənfəəti qısa müddətli yüksək qazancdan daha önəmlidir; “OBA” keyfiyyətli məhsulları müştərilərinə sərfəli qiymətlərlə təqdim edir; Müştərilərimiz aldığı məhsulu 14 gün ərzində geri qaytara bilər. Bunun üçün kassa çeki təqdim olunmalıdır; Marketimizdə çap xətası ilə əlaqədar hər hansı bir məhsulun qiyməti ucuz elan edilərsə, bu qiymət kassada da keçərlidir; Marketimizdə rəf qiyməti ilə kassa çıxış qiyməti fərqli olduqda (barkod, marka adı, ölçü vahidi və miqdarı eyni olarsa) ucuz olan qiymət keçərlidir. Marketimizdə alış-veriş edən hər bir müştərinin kassa çeki və ya qəbz tələb etmək hüququ var.